Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyalı məmur miqrantlara müharibə elan etdi
Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski Rusiyanın viza rejimi tətbiq etmədiyi ölkələrdən gələn və Rusiya qanunlarını pozan xarici ölkə vətəndaşlarının ölkəyə girişinin yasaqlandığı müddətin 10 ilə qədər artırılmasını istəyib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, RİA Novostinin verdiyi məlumata görə, K.Romodanovski bu təklifi Dövlət Dumasında səsləndirib.
O xatırladıb ki, bu yaxınlarda Dövlət Duması qanunları pozan əcnəbilərin 3 il müddətinə Rusiyaya girişinə qadağa qoyulması haqda norma qəbul edib:
“Təklif edirəm ki, daha irəli gedək. Məsələn, ölkədə icazə verilən müddətdən qanunsuz olaraq yarım il çox qalanlara 5 illik qadağa, bir ildən çox qalanlara 10 il qadağa qoyulsun”.