Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyalı məmur Tailandda ölü tapıldı: Fahişə tərəfindən öldürüldüyü ehtimal edilir
Rusiyanın Vladivostok şəhər administrasiyasının əməkdaşı Tailandın Pattaya şəhərində məzuniyyətdə olarkən ölüb.
İlkin məlumata görə, o, tailandlı fahişə tərəfindən öldürülüb və qarət edilib.
Bu barədə Oxu.Az "Mash" "Telegram" kanalına istinadən xəbər verir.
Bildirilir ki, bələdiyyə nəqliyyat idarəsi rəhbərinin müavini, 42 yaşlı Konstantin K. dekabrın 29-da Pattayaya gəlib. Dekabrın 30-da isə artıq telefonu açmağı və mesajlara cavab verməyi dayandırıb. İki həftə ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb.
Yanvarın 11-də isə Konstantin administrasiyadakı işinə qayıtmalı idi. Həmkarları həyəcan təbili çalıblar. Yaxınları bildiriblər sonuncu dəfə o, dekabrın 30-da axşam saat 21:00-da ailəsi ilə əlaqə saxlayıb, oğlu ilə danışıb. Saat 22:00-da artıq ölü tapılıb.
Otel işçiləri Konstantini bir gün əvvəl fahişə ilə birlikdə gördüklərini deyiblər. Ehtimal olunur ki, qadın əvvəlcə ona öldürücü dozada trankvilizator verib, sonra onu qarət edib və qaçıb.
Qeyd edilir ki, Konstantinin ilk evliliyindən 7 və 14 yaşlarında iki övladı qalıb.
"Rusiya" teqi üzrə xəbərlər
- ABŞ Rusiyanın Ukraynadakı hərəkətlərinin araşdırılması üzrə qrupdan çıxdı
- ABŞ ilə Rusiyanın Arktika razılaşması: Çin geri çəkilir?
- "TikTok"da gündəm olan təhlükəli oyuncaq: Nadir psixi xəstəlik təhlükəsi yaradır
- Tramp Ukrayna üzrə xüsusi elçisini təyin etdi
- Rusiya Silahlı Qüvvələri Kurskda iki yaşayış məntəqəsini NƏZARƏTƏ GÖTÜRDÜ