Rusiyalı məşhurlar Rusiyanın Ukraynaya hücumu fonunda müharibənin tezliklə bitməsi çağırışı ilə ictimaiyyətə müraciətlər ünvanlayıb.
İctimaiyyətə müraciət edən tanınmışlar sırasında müğənni Valeri Meladzenin, aktrisa Liya Axecakovanın, aktyor və məşhur yumorist Maksim Qalkinin, aktrisa və televiziya aparıcısı Yekaterina Varnavanın, rusiyalı televiziya aparıcısı Aleksandr Qudkovun, 2021-ci ildə Rusiyanı Avroviziya Mahnı Müsabiqəsinə təmsil edən Manijanın isimləri var.
Məşhur simaların hər biri hazırda baş verənləri dəhşət içində izlədiklərini və müharibənin tezliklə bitməsi ilə əlaqədar öz mövqelərini ifadə ediblər.
Mənbə: Unian.net