Yapon dənizində batan “Vostok” balıqçı gəmisinin axtarışları davam etdiriləcək.
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya fövqəladə hallar naziri Vladimir Puçkov bildirib.
“Vostok” gəmisinin axtarışları nə qədər lazımdırsa, o qədər davam edəcək. Əminik ki, gəminin ekipajı sağdır. Xilasetmə əməliyyatı nə qədər tələb olunursa, o qədər aparılacaq”, - deyə rusiyalı nazir vurğulayıb.
Puçkov hazırda genişmiqyaslı axtarış əməliyyatının həyata keçirildiyini, FHN-nin aviasiyasının hadisə yerində işlədiyini söyləyib. Onun sözlərinə görə, rayonda müşahidə olunan ağır hava şəraiti xilasedicilərin işini çətinləşdirir.
A.M.
www.oxu.az