İsveç prokurorluğu Rusiyanın "Adler" gəmisinin ABŞ-nin və Avropa İttifaqının sanksiyalarını pozması iddiası ilə istintaq açmamaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, məlumatı SVT telekanalı yayıb.
Dekabrın 20-də mühərrik nasazlığından sonra Höqanas yaxınlığında lövbər salan yük gəmisinə İsveçin ərazi sularını tərk etməyə icazə verilib.
"Gəmi şimala doğru üzür, lakin onun təyinat yeri açıqlanmayıb", - deyə telekanal İsveç Gəmiçilik Administrasiyasının təmsilçisi Fredrik Stryömbekdən sitat gətirib.
Dekabrın 21-nə keçən gecə gəmiyə baxış keçirilib.
Telekanalın məlumatına görə, "Adler" Rusiyanın "M Leasing LLC" şirkətinə məxsusdur və "ABŞ və Aİ-nin sanksiyalar siyahısındadır".