Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyanın ən böyük onlayn mağazası ermənilərin əlinə keçir
Rusiyanın ən böyük internet mağazası olan "Wildberries" saxtakarlığın qurbanı ola bilər.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə onlayn satış platformasının yaradıcısı Tatyana Bakalçukun əri Vladislav Bakalçuk məlumat verib. Çeçenistan rəhbəri Ramzan Kadırov onunla söhbətinin videosunu dərc edib.
Vladislav və Tatyananın 21 il zəhmət sərf edərək yaratdıqları "Wildberries" şirkətinin aktivləri hüquqi saxtakarlıqlar yolu ilə "Russ Outdoor" şirkəti tərəfindən ələ keçirilə bilər. Şirkətə Levon və Robert Mirzoyanın rəhbərlik etdiyi bildirilib.
Vladislavın sözlərinə görə, arvadını aldadıblar və bundan sonra o, baş verənləri müzakirə etmək imkanı olmadan evi tərk edib.
Kadırov xatırladıb ki, hələ iyun ayında "Wildberries" "Russ Outdoor" şirkəti ilə birləşib, halbuki biznesdə hər iki şirkətin payları təxminən bərabər olub.
Dövlət Dumasının deputatı Adam Delimxanov Çeçenistan rəhbəri Ramzan Kadırovun adından "Wildberries" ilə bağlı vəziyyəti araşdıracağını vəd edib.
"Wildberries"in qurucusu Tatyana Bakalçuk isə əri Vladislavın sözlərinə cavab olaraq bildirib ki, kişinin dedikləri tamamilə yalandır.
O qeyd edib ki, "lap əvvəldən hər şey Vladislavla razılaşdırılıb, o, birləşmiş şirkətin yeni strukturunun rəhbərliyinə təqdimatda şəxsən iştirak edib".
Xanımın sözlərinə görə, onlar boşanmaq qərarına gəliblər və ərinin yalanlar uydurması bununla bağlı ola bilər.
Rəylər