Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyanın energetika nazirinin müavinin cinayət əməllərində ermənilər də iştirak ediblər
Moskvanın Nikulin rayon məhkəməsi Rusiyanın energetika nazirinin müavini Sergey Moçalnikova qarşı cinayət işində daha iki nəfəri həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, Mədənlərin Yenidən Təşkili və Ləğvi müəssisəsinin iki rəsmisi iki ay müddətinə həbs olunub.
Bu cinayət işi üzrə energetika nazirinin müavini Sergey Moçalnikov, sabiq müavini Anatoli Yanovski, Robert Şaqinyan, Federal Dövlət Büdcə Təşkilatının rəsmisi Andrey Moiseyenkov, Sergey İqnatov, "Şaxtastroy" şirkətinin sahibi Oleq Fokin, "Yevrostroy" şirkətinin direktoru və təsisçisi Civan Barbaryan da var.
İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər perspektivsiz kömür mədənlərinin fəaliyyətinin dayandırılması üçün ayrılmış büdcə vəsaitlərini sistematik şəkildə mənimsəyiblər. İlkin hesablamalara görə, onlar 76,6 milyon rublu (təxminən 1,35 milyon manat) ələ keçiriblər.
Rəylər