Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasında xidmət edən zabit heyətinin fiziki və döyüş hazırlığı üzrə yarış keçirilir.
Oxu.Az NEWS.am-a istinadən xəbər verir ki, tədbirə Gümrüdəki hərbi hissənin 100-dən çox zabiti cəlb edilib.
Bazada xidmət edən leytenantlardan polkovnikədək bütün zabitlər “Makarov” tipli tapançadan 25 metrlik məsafədəki hədəfə atəş açmaq, 100-400 metrlik məsafəyə üzmək, turnikdə normativləri yerinə yetirməklə hazırlıq səviyyələrini nümayiş etdirməlidirlər.
Cənub Hərbi Dairəsinin Cənubi Qafqazdakı hərbi biləşmələrinin zabitləri arasında seçmə mərhələsi bu il mayın 18-19-da keçiriləcək.
Seçmə mərhələdə qalib gələn 8 hərbçi yayda və payızda ümumrusiya hərbi hissələrinin yarışında iştirak edəcək.
B.Q.
www.oxu.az