Rusiyanın xarici işlər naziri Sergey Lavrov səfir Sergey Kopırkinin İrəvandan geri çağırılmasının səbəbləri ilə bağlı sualı cavablandırıb.
"Səfirlər vaxtaşırı məsləhətləşmələr üçün gəlirlər", - deyə Lavrov bildirib.
Ermənistan səfirinə məsləhətləşmələr üçün Moskvadan İrəvana getməsinin tövsiyə olunub-olunmayacağı ilə bağlı suala Lavrov belə cavab verib:
"Elan edilən hər şey artıq elan olunub. Məsləhətçilər, birinci katiblər, attaşelər gəlirlər".
Qeyd edək ki, mayın 24-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
15:15
"Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb".
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Mənbə: Mid.ru
Rəylər