Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyanın Ermənistandakı səfirliyi ölkədə “Sputnik” radiosunun bağlanmasına münasibət bildirib
Rusiyanın Ermənistandakı səfirliyi “Sputnik” radiosunun ölkə ərazisində fəaliyyətinin qadağan olunmasına münasibət bildirib.
Məlumat diplomatik korpusun saytında dərc edilib.
“Rusiyanın İrəvandakı səfirliyi “Sputnik” radiosunun yayımının dayandırılmasından təəssüfləndiyini bildirir”, - deyə ictimailəşdirilən məlumatda qeyd olunub.
Xatırladaq ki, ölkənin Televiziya və Radio Komissiyası “Sputnik Ermənistan” radiosunun ölkədəki retranslyatoru olan “Tospa” radiostansiyasının lisenziyasını 30 gün müddətinə ləğv edib.
Ermənistan mediasının məlumatına görə, komissiya başqa bir qərarı ilə yayımçını 500 min dram (təxminən 1 200 dollar) cərimələyib.
Tənzimləyicinin ilk qərarı “Tiqran Keosayanla cümə” proqramı ilə bağlıdır. Bildirilir ki, bu proqramda müəllif ölkənin, xalqın şərəf və ləyaqətini alçaldan ironik bəyanatlar verib.
Mənbə: RİA Novosti
Rəylər