Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində Avropa İttifaqı (Aİ) missiyasının Ukraynanın paytaxtı Kiyevdə yerləşən binası zədələnib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün "X" hesabında məlumat verib.
Andrey Sibiqa qeyd edib ki, bu hücum Vyana Konvensiyasının birbaşa pozulmasıdır.
"Biz Avropa İttifaqından həmkarlarımızla həmrəy olduğumuzu bildiririk və onlara yardım göstərməyə hazırıq", - deyə Ukraynanın xarici işlər naziri qeyd edib.
During the night strike, Russia also targeted diplomats—in direct breach of the Vienna convention. The EU mission to Ukraine was damaged. This requires not only the EU’s, but worldwide condemnation. We express solidarity with our EU colleagues and are ready to provide assistance. pic.twitter.com/NqP1JGJxIy
— Andrii Sybiha 🇺🇦 (@andrii_sybiha) August 28, 2025