Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyanın müvəqqəti işlər vəkili Litva XİN-ə çağırıldı
Rusiyanın Litvadakı müvəqqəti işlər vəkili Aleksandr Elkin respublikanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə nazirliyin saytında dərc olunan bəyanatda bildirilib.
"Bu gün Litva ətraflı izahat alınması üçün Rusiyanın nümayəndəsini çağırır", - deyə Baltikyanı ölkənin Xarici İşlər Nazirliyindən qeyd edilib.
Xatırladaq ki, daha əvvəl hərbi-diplomatik mənbə jurnalistlərə bildirib ki, Rusiya Baltikyanı dövlət sərhədi xəttinə yenidən baxmaq niyyətində deyil.
Mənbə: TASS
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları öz ölkəsinə aparılıblar
- "Haval"ın Rusiyadakı zavodunda yanğın baş verdi
- İrəvan Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin silinməsini müzakirə edir
- Vladiqafqaz şəhərində bir gündə ardıcıl ikinci partlayış baş verib
- Rusiyada ticarət mərkəzində güclü partlayış: Ölən və yaralananlar var
Ən çox oxunanlar
Rəylər