Qarlı və çovğunlu siklon Çinin şərqindən Rusiyanın ərazisinə üz tutub.
Oxu.Az xəbər verir ki, ən çətin vəziyyət isə Xabarovsk və onun ətrafında yaranıb.
Dekabrın 1-də günorta saatlarında bura aylıq yağıntının təxminən yarısı qədər yağıntı düşmüşdü.
Şəhərin bütün küçələri qar altında qalıb, texnika isə yolları təmizləməyi çatdırmırdı. İctimai nəqliyyat demək olar ki, tamamən dayanmışdı, bir neçə avtobus dəyişdirilmiş marşrut üzrə hərəkət edirdi. Piyadalar saatlarla nəqliyyat gözləmək məcburiyyətində qalırdılar. İnsanlar avtomobillərlə bərabər dar küçələrlə hərəkət etməli olurdular. Məktəblərdə dərslər dayandırılıb, şəhər sakinlərini işdən evə tez buraxıblar.
E.Ə.
www.oxu.az