Rusiyanın Sudandakı səfiri ölkənin paytaxtı Xartumda öz iqamətgahında ölü tapılıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Rusiya XİN məlumatı təsdiqləyib.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, 2013-cü ildən Rusiyanın Sudandakı diplomatik missiyasına Mirqayas Şirinski rəhbərlik edir.
S.B.
www.oxu.az