Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyanın Tümen vilayətində terror aktının qarşısı alınıb: İki rusiyalı saxlanıldı
Rusiyanın Tümen vilayətində terror aktı hazırlayan iki kütləvi qətl ideologiyasının tərəfdarı saxlanılıb.
Bu barədə Oxu.Az NTV.ru-ya istinadən xəbər verir.
"Rusiya Federasiyasının İstintaq Komitəsi ilə əməkdaşlıq çərçivəsində Tümen vilayətində terror aktının hazırlanmasının qarşısı alınıb", - deyə hadisə ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirilib.
Xüsusi xidmətin məlumatına görə, kütləvi qətl ideologiyasının tərəfdarı olan iki rusiyalı saxlanılıb. Onlar Tobolsk daxili işlər orqanlarının obyektində əldəqayırma qurğunu partlatmağı planlaşdırıbmışlar.
Terrorçular tərəfindən təchiz edilmiş anbarda iki əldəqayırma yandırıcı qurğu və əldəqayırma partlayıcı qurğu aşkar edilib və mütəxəssislər tərəfindən yerindəcə məhv edilib.
Rəylər