Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 28700 nəfərə çatıb.
Gedən döyüşlərdə Rusiya ordusunun 1263 tankı, 3090 zirehli döyüş maşını, 596 artilleriya sistemi, 200 reaktiv yaylım atəşi sistemi, 93 HHM sistemi, 204 təyyarəsi, 168 helikopteri, 2162 avtomobil texnikası, 13 gəmisi, 460 kəşfiyyat PUA-sı, 43 xüsusi texnikası, 103 qanadlı raketi məhv edilib.
:640.jpg)