Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 32 950 nəfərə çatıb.
Gedən döyüşlərdə Rusiya ordusunun 1449 tankı, 3545 zirehli döyüş maşını, 729 artilleriya sistemi, 233 reaktiv yaylım atəşi sistemi, 97 HHM sistemi, 213 təyyarəsi, 179 helikopteri, 2494 avtomobil texnikası, 13 gəmisi, 591 kəşfiyyat PUA-sı, 55 xüsusi texnikası, 129 qanadlı raketi məhv edilib.
