Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 36 900-ə yaxın canlı qüvvəsini itirib.
Bundan başqa, Rusiyanın 1 637 ədəd tankı, 3 811 ədəd zirehli döyüş maşını, 828 ədəd artilleriya sistemi, 247 ədəd reaktiv yaylım atəşi sistemi, 107 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 187 ədəd helikopteri, 155 qanadlı raketi, 2 685 ədəd nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 669 ədəd dronu və 66 ədəd xüsusi texnikası məhv edilib.
