Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 38 750-yə yaxın canlı qüvvəsini itirib.
Bundan başqa, Rusiyanın 1 700 ədəd tankı, 3 905 ədəd zirehli döyüş maşını, 856 ədəd artilleriya sistemi, 250 ədəd reaktiv yaylım atəşi sistemi, 113 hava hücumundan müdafiə sistemi, 221 ədəd hərbi təyyarəsi, 188 ədəd helikopteri, 167 qanadlı raketi, 2 775 ədəd nəqliyyat vasitəsi, 15 ədəd gəmi-kateri, 703 ədəd dronu və 70 ədəd xüsusi texnikası məhv edilib.
