Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyaya casusluq edən britaniyalı mühafizəçi 13 il müddətinə azadlıqdan məhrum edildi
Böyük Britaniyanın Berlindəki səfirliyinin keçmiş mühafizəçisi Rusiyaya casusluq etdiyi üçün 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qərar London məhkəməsi tərəfindən verib.
İstintaq müddətində məlum olub ki, 58 yaşlı Devid Smit üç ildən bir qədər çox müddət ərzində Rusiyaya gizli məlumatlar ötürüb.
Onun Moskvaya təqdim etdiyi məlumatlar arasında Britaniyanın keçmiş baş naziri Boris Consonun diplomatik korpusa ünvanlandığı məxfi yazışmaları da olub.
Məhkəmədə təqsirləndirilən şəxs törətdiyi əmələ görə utandığını və özündən iyrəndiyini bildirib.
Mənbə: Reuters
Ən çox oxunanlar
Rəylər