Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiyaya Ukraynaya hücumu zamanı “İskəndər-M” raketindən istifadə edib
Rusiya “İskəndər-M” ballistik raketi ilə Ukraynanın Zaporojye şəhərinə hücum edib. Ukrayna hava hücumundan müdafiə qüvvələri onu vurmağa müvəffəq olub.
Bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri Yuri Malaşko məlumat verib.
Onun sözlərinə görə, insan itkisi və dağıntılar barədə məlumat yoxdur.
“Rusiya Zaporojyeyə hücum zamanı “İskəndər-M” raketindən istifadə edib. Raket hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Raketin hissələri Zaporojye şəhəri yaxınlığındakı açıq əraziyə düşüb”, - deyə Malaşko qeyd edib.
Mənbə: gazeta.ua
"Ukrayna" teqi üzrə xəbərlər
- Tramp Zelenskinin resurslarla bağlı sazişi imzalayacağına inanır
- Tramp Britaniya kralının Zelenski ilə görüşündən narazılığını bildirib
- Britaniyadan Ukraynaya kəşfiyyat dəstəyi: "Dörd göz" yaradılır
- Fransadan Ukraynaya 195 milyon avroluq yeni hərbi yardım
- Qərbin peyk məlumatları üzrə mütəxəssisləri Ukraynanı tərk ediblər
Ən çox oxunanlar