Türkiyə rəhbərliyi Rusiya vətəndaşlarının Türkiyəyə səfərləri üçün daxili pasportlardan istifadəyə keçid imkanlarını nəzərdən keçirir.
Oxu.Az Türkiyənin Posta qəzetinə istinadən xəbər verir ki, bunu turizm biznesi nümayəndələri ilə görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazirin sözlərinə görə, artıq Rusiya vətəndaşlarının Türkiyəyə xarici pasportsuz səyahət etmələrinə icazə vermək üçün iş aparılır.
Bununla belə, Çavuşoğlu prosesin hazırda hansı mərhələdə olduğunu və Türkiyəyə səfər üçün bu rejimin nə zaman tətbiq edilə biləcəyini açıqlamayıb.
Qeyd edək ki, 2011-ci ildən Rusiya və Türkiyə arasında sadələşdirilmiş viza rejimi qüvvədədir.