Rusiyanın Ryazan vilayətində “İl-76” təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Ryazan vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, təyyarənin göyərtəsində olan doqquz nəfərin dördü həlak olub.
“Təyyarə mühərrikin qəfil alışması nəticəsində qəzaya uğrayıb. Beş nəfər xəstəxanaya yerləşdirilib”, - deyə bildirilir.
Mənbə: TASS