İran əsilli türk milyarderi Rza Zərrab və onun yaxın qohumlarının əmlakı Türkiyə hökuməti tərəfindən müsadirə olunacaq.
Oxu.Az-ın Anadolu agentliyinə istinadən xəbərinə görə, müsadirə İstanbul polisinin apardığı istintaq çərçivəsində həyata keçiriləcək.
Ümumilkdə iş üzrə 23 şəxsin adı var. Rza Zərrab 2010-2015-ci illərdə İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir.
S.B.
www.oxu.az