Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın hava məkanında baş verən qəzanı şərh edərkən Avropa liderlərini Rusiyaya qarşı adekvat tədbirlərinin olmamasında ittiham edib.
Oxu.Az “Qruziya-onlayn”a istinadən xəbər verir ki, Rusiyanın zirehli texnikası və HƏM vasitələri hər gün Ukraynaya soxulduğu halda Avropa arsızcasına digər tərəfə nəzər salmağa üstünlük verir.
“Dünən Avropa İttifaqı ciddi, yəni sahəvi sanksiyalar barədə razılığa gələ bilmədi. Dünən içi insanlarla dolu təyyarə qəzaya uğrayıb. Amma bu qəza təsadüfi deyil, o artıq çoxdan idi ki, hazırlanırdı.
Avropanın gözləri qarşısında Rusiyanın zirehli texnikası və hava hücumlarına qarşı müdafiə vasitələri müstəqil Ukraynanın sərhədlərini keçir, Avropa isə arsızcasına digər səmtə baxmağa üstünlük verir. Bir neçə ay bundan öncə, mənim Brüsseldəki tənqidi çıxışım zamanı böyük bir Avropa ölkəsinin xarici işlər naziri mənə aqressiv şəkildə etiraz etdi:
“Siz bizə Rusiyanı bombardman etməyi təklif edirsiz?”, ona: “Xeyr, gözləyin onlar sizi bombardman etsin” – deyə cavab verdim. Doğrudur zaldakıların çoxu mənim replikamı diplomatiyadan uzaq hesab etdilər.
Və buyurun, sözsüz ki, Putinin əmri ilə terroristlərə verilmiş Rusiyanın hava hücumu əleyhinə sistemi raketi yüzlərlə avropalının olduğu təyyarəni vurdu.
Putin tez hər şeydə Ukraynanı günahlandırmağa tələsdi, yəni Ukrayna müqavimət göstərməsəydi təyyarələri də vurmaq lazım gəlməzdi. Amma Putin bilir kimin üçün danışır. Bizdə Rusiyanın intensiv şəkildə bombardman etdiyi Qori şəhərində Hollandiya jurnalisti vəfat edəndə onun avropalı kolleqası Rusiyanı qınamaqla yanaşı, Gürcüstanı da günahlandırdı, çünki əgər Gürcüstan müqavimət göstərməsəydi Rusiya tərəfindən bombardman edilməzdi. Təbii ki, bu baş verənlərin əsas günahkarı Kremldə oturub, amma Berlində, Brüsseldə, və Romada oturan qahmarları olmasa çətin ki, hər gün qanlı ova çıxardı”, - Gürcüstanın sabiq prezidenti Facebook səhifəsində yazıb.