Petr Poroşenko Ukrayna prezidenti seçilərsə, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və ya sabiq iqtisadiyyat naziri Kaxa Bendukidze onun müşaviri ola bilər.
Oxu.Az Ukrinform-a istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Vitali Kliçko deyib.
“Gürcüstan bizim üçün nümunədir. Mən bu barədə çoxları ilə danışmışam. Saakaşvili ilə də danışmışam. O, öz xidmətlərini təklif etdi, Bendukidze ilə də danışdım və əminəm ki, onların hər ikisi əgər lazım olarsa kömək edə bilər”, - Kliçko deyib.