Ukrayna vətəndaşlığından məhrum edilən Odessanın sabiq qubernatoru Mixail Saakaşvili ABŞ-lı dostlarını Ukrayna prezidenti Pyotr Poroşenkonun yadına salıb.
Oxu.Az-ın məlumatına görə, Saakaşvili özünün “Facebook” səhifəsində amerika və avropalı siyasətçilərlə şəkillərini paylaşıb.
Şəkillərdə Donald Tramp, Corc Buş, Hillari Klinton, Con Kerri, Nikola Sarkozi, Anders Foq Rasmussen və digər siyasətçiləri görmək olar.
“Pyotr Alekseeviç, siz mənim kimi insanı ABŞ-da dustaq, bütün dünyada isə arzuolunmaz şəxs etmək istəyirdiniz?”, - Saakaşvili yazıb.
N.О.