Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Saakaşvilinin zəhərlənməsi ilə bağlı analizlərin cavabı AÇIQLANDI
“Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvili zəhərlənməyib. Bu, bir sıra klinik tədqiqatlarla sübut olunub”.
Bu barədə gürcüstanlı siyasətçinin müalicə olunduğu “Vivamedi” klinikasının baş direktoru Nino Nadiradze bildirib.
O, zəhərlənmə faktını qəti şəkildə inkar edib:
“Zəhərlənmə olmayıb, bunu heç kim təsdiq edə bilməz, hətta onların dəvət etdikləri ekspertlər belə, bizim alman məktəbi də bunu inkar edir. Biz siyasi oyunlara qarışmayacağıq”.
Onun sözlərinə görə, heç kim Saakaşvilini zəhərlənmədən müalicə etməyib, ona görə hətta zəhərlənmə olduğu güman edilsə belə, xəstə özünü sağalda bilməzdi.
“Biz zəhərlənmə müalicə etməmişik. Bundan öz-özünə sağalma da olmur. Bu və ya digər maddə ilə zəhərlənmənin tamamilə fərqli kliniki, vizual, laboratoriya, instrumental təzahürləri var”, - deyə Nadiradze bildirib.
Mənbə: “Sputnik” Gürcüstan
Rəylər