Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Saakaşviliyə qarşı yeni cinayət işi açıla bilər
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin büdcə vəsaitlərini şəxsi uçuşlara xərcləməsi ilə bağlı cinayət faktı təsdiqlənib.
Bunu Gürcüstanın “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
“Hər kəs razıdır ki, ölkənin birinci şəxsinin çarterlərlə uçması cinayətdir. Yeni böyük cinayət faktı faktiki olaraq təsdiqlənib. Hesab edirəm ki, bu, araşdırmaya başlamaq üçün əsas olmalıdır”, - deyə M.Mdinaradze bildirib.
Kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb ki, Gürcüstan Müdafiə Nazirliyi ilə Gürcüstan Hava Yolları (“Georgian Airways") arasında 24 milyon lari (15,5 milyon manatdan çox) dəyərində çərçivə sazişi bağlanıb, bunun 14 milyon larisi (9 milyon manatdan çox) təkcə Saakaşvilinin şəxsi səfərlərinə xərclənib.
Mənbə: Sputnik Gürcüstan
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanla NATO-ya üzv ölkələr arasında sənəd imzalanıb
- Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət edib
- Hərbi qulluqçumuzun ölümü ilə bağlı cinayət işi başlanıldı
- MN-in sabiq idarə rəisi və bölmə müdirinə HÖKM OXUNDU
- DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır