Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sabah son altı ilin ən güclü maqnit qasırğası olacaq? - YENİLƏNİB
Dekabrın 16-da baş verəcəyi gözlənilən güclü maqnit qasırğası olmayacaq.
Bu barədə Rusiyanın “Fobos” iqlim araşdırmaları mərkəzinin mütəxəssisi Mixail Leus məlumat verib.
Onun sözlərinə görə, maqnit qasırğasına səbəb olan Günəşdəki partlayışın seli Yer planetindən 48 dərəcə yan keçib. Beləliklə, sabah planetimizdə güclü maqnit qasırğası gözlənilmir.
12:06
Dekabrın 16-da son altı ilin ən güclü maqnit qasırğası gözlənilir.
Məlumata görə, buna səbəb Günəşdə baş verən güclü partlayışlardır.
Qeyd edək ki, artıq bir çox insanlar Yerin maqnit sahəsində əmələ gələn təbəddülatı hiss etməyə başlayıblar. Bu özünü fərqli simptomlarla - başağrıları, qan təzyiqinin dəyişməsi və müxtəlif xəstəliklərin güclənməsi ilə büruzə verib.
Mənbə: mir24.tv
Rəylər