Yunanıstan iyunun 30-da defolt elan edəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə The Wall Street Journal Yunansıtan hökümətindəki mənbələrə istinadən xəbər verir. Müvafiq məlumat qəzetin rəsmi Twitter səhifəsində yerləşdirilib.
İyunun 30-da rəsmi Afina Beynəlxalq Valyuta Fonduna 1,6 milyard dollar kredit borcunu ödəməlidir.
Məlumatda bildirilir ki, Afina borcu ödəmək iqtidarında deyil və sabah rəsmən defolt qərarını elan edəcək.