Polşanın sabiq prezidenti Lex Valensa hesab edir ki, Rusiya bir neçə dövlətə parçalanacaq və onun 20 milyondan ibarət əhalisi qalacaq.
Oxu.Az xəbər verir ki, bu fikri keçmiş Polşa prezidenti Ukrayna nəşri “Ekonomiçeskaya pravda”ya verdiyi müsahibəsində bildirib.
“Rusiyada minimum 60 xalq var. O, parçalanıb 20 milyon nəfərdən ibarət əhali ilə qala bilər. Bu, parçalanmanın necə gedəcəyindən asılıdır”, - Valensa bəyan edib. Bununla yanaşı o, hesab edir ki, yeni yaranan dövlətlər Aİ-nin ssenarisini təkrar edərək İttifaqda birləşə bilərlər.
“Avropa İttifaqının yaranma ssenarisinin təkrarlanması mümkündür. Yeni dövlətlərin birləşməsi baş verəcək, amma artıq başqa prinsiplər əsasında. İqtisadiyyatların inkişaf templərinin tənzimlənməsi baş verəcək, ölkələr fərqli konfiqurasiyalarda əməkdaşlıq üçün açıq olacaqlar”, - Polşanın sabiq prezidenti belə hesab edir. Bu qəbildən olan “transformasiyaya” neçə ilin tələb olunması barədə suala cavab verərkən, o “çox” deyə cavab verib.
Bundan başqa, Valensa əmindir ki, rusiyalılar öz mentalitetlərinə görə bədbəxtdirlər.
“Onların mentalitetinin tamamən dəyişməsi lazımdır. Onlarda hər şey olacaq, amma bir qədər gec”, - sabiq Polşa lideri əmin edib.