Şahzadə Uilyam və Keyt Middlton Londonun Müqəddəs Mariya xəstəxanasının “Lindo Wing” özəl kompleksini tərk ediblər. Bu barədə Mail Online xəbər verir.
Oxu.Az xəbər verir ki, nəşr Uilyam və Keytin xəstəxanadan çıxarkən çəkilmiş fotoşəkillərini yerləşdirib. Yeni doğulmuş qız anası Keyt Middltonun qucağında olub.
Xatırladaq ki, şahzadə Uilyam və Keyt Middltonun qızı bu gün anadan olub. Körpənin çəkisi 3,71 kq təşkil edib.