Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şakil O'Nil niyə evlənmək istəmədiyini açıqladı
Basketbolun Şöhrət Zalının üzvü və dörd dəfə Milli Basketbol Assosiasiyasının (NBA) çempionu olan 53 yaşlı amerikalı Şakil O'Nil niyə evlənmək istəmədiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə "The Sports Rush"a verdiyi müsahibədə danışıb:
"Niyə evlənmək istəmirəm? Çünki bütün qadınlar dəli olurlar. Əgər evlənsəydim, yalnız zəngin ərəb şahzadələrindən birinə evlənərdim", - deyə o bildirib
Şakil 2002-ci ildə Şoni Nelson ilə evlənib, lakin doqquz il sonra onlar boşanıblar. Cütlüyün bu evlilikdən dörd övladı dünyaya gəlib: Şarif, Amira, Şakir və Meara.
"Basketbol" teqi üzrə xəbərlər
Ən çox oxunanlar