Rusiyanın populyar teatr və kino aktrisası, “Univer” teleserialının ulduzu, aparıcı və müğənni Nastasya Samburskaya MuzTV-nin mükafatlandırma mərasimində üzərində gürcü dilində nalayiq ifadə olan paltarda gəlib.
Oxu.Az bu barədə “Novosti Qruzii”yə istinadən xəbər verir.
Qısa qara paltarın üzərində ağ rənglə “ყველამ თავის ბოზ მამიდას მიხედოს” yazılmışdı, hərfi tərcümədə “Hərə öz xalasını güdsün” olan bu ifadə “Öz gözündə tir görməyən, başqasının gözündə çöp axtarır” mənasını verir.
Samburskaya “Instagram” hesabında bu geyimdə iki foto paylaşıb. Aktrisa paltarı uzunboğaz çəkmə və dəridən olan aksessuarlarla tamamlayıb.
Dövlət Teatr Sənəti İnstitutunun məzunu olan Nastasya Samburskaya Rusiyada TNT telekanalında 2011-ci ildən sonra “Univer. Yeni yataqxana” serialında, Kristina Sokolovsakya- tələbə və gecə klubunun idarəçisi rolundan sonra məşhurlaşıb.

N.O.
www.oxu.az