Rusiyada Sankt-Peterburq şəhərinin Petroqrad Rayon Məhkəməsi küçələrin birində ucadan söyüş söyən şəxsi həbs edib.
Oxu.Az kp.ru saytına istinadla xəbər verir ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən tədbir görülüb.
Qeyd olunub ki, həmin şəxs Azərbaycanın konsulu Rəhim Rəhimzadənin iradlarına məhəl qoymayaraq ictimai asayişi pozmaqda davam edib.
Şəxs polis tərəfindən saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib. Məhkəmə onun barəsində iki sutka həbs qərarı çıxarıb.