Türkiyədə Şanlıurfa şəhərlərarası avtovağzalında baş verən silahlı münaqişə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Münaqişənin səbəbi hələ ki tam məlum deyil.
Terminaldakı polis davaya müdaxilə edib və yaralanıb. Yaralı polis məmurunun həyatı üçün təhlükə olmadığı bildirilib.
İlkin tibbi yardımdan sonra şəhərin müxtəlif xəstəxanalarına çatdırılan yaralılardan biri - Halil Deveci dünyasını dəyişib.
Dava anı ərazidəki təhlükəsizlik kamerasına düşüb.
Polisin ilkin versiyasına görə, insident iki düşmən ailənin yeniyetmələri arasında söz davası ilə başlayıb.
Mənbə: Haber Global