Çərşənbə günü - mayın 13-də Ermənistan prezidentinin rezidensiyası qarşısında orduda qeyri-döyüş şəraitində həlak olan əsgərlərin piket keçirən valideynlərinə qarşı güc tətbiq ediblər.
Oxu.Az epress.am-a istinadən xəbər verir ki, qadınlara zərbələr endirərək rezidensiyanın girişindən geri döndərmək üçün itələyiblər.
Valideynlər ali komandan ilə görüşü tələb etməkdə davam edirlər.
Serj Sarkisyanın ofisi qarşısında aksiya keçirtməyi onlara 2015-ci ilin fevral ayının 11-də qadağan ediblər, həmin vaxt asayiş keşikçiləri onları güc tətbiq edərək ordan uzaqlaşdırmışdılar.
Bundan sonra valideynlər dəfələrlə rezidensiyaya yaxınlaşmağa çalışsalar da polislər onların yolunu kəsiblər.