“Aykakan Jamanak” qəzeti mənbələrinə istinadən yazır ki, Ermənistan hakimiyyəti sabiq maliyyə naziri Qaqik Xaçatryanı şəxsi vəsaiti hesabına erməni və Azərbaycan qoşunlarının təmas xəttində quraşdırılması üçün güclü texniki vasitələrə sərmayə yatırmağa məcbur edib.
Oxu.Az bu barədə panorama.am-a istinadən xəbər verir.
“Maliyyə naziri vəzifəsinə təyin edilməzdən öncə Qaqik Xaçatryan böyük məbləğdə pul xərcləməli və sərhəddə Azərbaycan tərəfinin bütün hərəkətlərini qeydə ala biləcək qurğularla təmin etməli olub. Bununla yanaşı, texniki vasitələrin quraşdırılması üçün sərhədə Qaqik Xaçatryana məxsus “Ucom” şirkətinin mütəxəssisləri getməli olublar”, - qəzet qeyd edib.
N.O.
www.oxu.az