Mayın 12-də Myanmar National Airline-a məxsus Embraer ERJ-190LR təyyarəsi şassidəki problemlər ucbatından qəzalı eniş etməyə məcbur olub
Sosial şəbəkədə təyyarənin Myanmanın Mandalay şəhərində sərt enişinin videosu yayılıb.
Hadisə zamanı təyyarədə 81 sərnişin və 7 heyət üzvü olub. Ölkənin Mülki Aviasiya İdarəsinin açıqlamasına görə, heç kim xəsarət almayıb.
Son bir həftə ərzində Myanmada sərnişin təyyarələri ilə bağlı artıq ikinci qəza hadisəsi baş verir. Mayın 8-də Biman Airlines şirkətinin təyyarəsi Yanqon hava limanında qəzaya uğrayıb. Nəticədə 30 nəfər xəsarət alıb.