Pizada səhnədə təsadüfən özünü asan italiyalı aktyor Rafael Şumaxer komadan çıxmadan dünyasını dəyişib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər onun beyin ölümü keçirdiyini qeydə alıblar.
Şumaxerin qohumlarının və prokurorluğun razılığı ilə onun orqanları donorluqda istifadə olunacaq.
Xatırladaq ki, hadisə yanvarın 30-da “Lux” teatrında baş verib. “İlğım” pyesində intihar səhnəsi yer alıb. Müəllif variantında qəhrəmanın özünü güllələyərək intihar etməsi nəzərdə tutulsa da, bu rolu ifa edən Şumaxer intihar üsulunun özünü asmaq ilə əvəz etməyi təklif edib.
Aktyor bu səhnənin ifa edərkən tibb təhsili almış tamaşaçılardan biri onun hərəkətlərinin həqiqi qıcolmaları oxşadığını görüb.
Şumaxerin dostları və qohumları aktyorun qəsdən intihar etməsi versiyasına inanmırlar.