Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Seneqalda yeni hökumət formalaşıb
Seneqalda 25 nazir və beş dövlət katibinin daxil olduğu yeni hökumət formalaşıb.
İnteqrasiya və xarici işlər naziri vəzifəsini hökumətdəki dörd qadından biri olan Yasin Fall tutub. General Biram Diop silahlı qüvvələr naziri, Jan-Batist Tin daxili işlər naziri, Usman Dian isə ədliyyə naziri olub.
İqtisadiyyat, planlaşdırma və əməkdaşlıq naziri vəzifəsinə Abdurrahman Sarr, balıqçılıq, dənizçilik və liman infrastrukturu vəzifəsinə Fatu Diuf, energetika, neft və mədən sənayesi vəzifəsinə Biram Suley Diop təyin ediliblər.
Xatırladaq ki, aprelin 2-də Seneqal Prezidenti Bassiro Diomai Fay Usman Sonkonu Baş nazir təyin edib. Sonko Seneqal Vətənpərvərləri Əmək, Etika və Qardaşlıq Partiyasına rəhbərlik edir. Onun martın 24-də keçiriləcək prezident seçkisində iştirakına icazə verilməyib.
Mənbə: TASS
Rəylər