Noyabrın 18-də İranda kütləvi iğtişaşlar zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Nader Bayrami öldürülüb.
Bu barədə “Tasnim” xəbər agentliyi məlumat verib.
“SEPAH-ın Kirmanşah əyalətindəki kəşfiyyat zabiti, polkovnik Nader Bayrami xidməti vəzifəsini yerinə yetirərkən iğtişaşçılar tərəfindən öldürülüb”, - deyə İran agentliyi bildirib.
Bildirilir ki, Bayrami təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma zamanı bıçaqlanaraq öldürülüb.
15:08
İranın Qərbi Azərbaycan vilayətində etirazçılarla qarşıdurmada İnqilab Keşikçiləri Korpusu (SEPAH) və İİR Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) əməkdaşları qətlə yetiriliblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, Təhlükəsizlik Nazirliyinin əməkdaşı Mehdi İsnaəşəri və SEPAH zabiti Rəhim Səhabi ötən gecə Bəykəndi (Bukan) şəhərində baş verən toqquşmalarda ölüblər.