Ukraynanın şərqində separatçılar “Buk” zenit-raket sistemindən “MiQ-29” qırıcı təyyarəsini vurublar.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Antiterror Əməliyyatın sözçüsü Vladislav Seleznyov bildirib.
“Yenakiyevo rayonunda terrorçular “Buk” zenit-raket sistemindən Ukrayna ordusuna məxsus “MiQ-29” qırıcı təyyarəsini vurublar. Dinc sakinlər arasında itkilərin qarşını almaq məqsədilə pilot təyyarəni yaşayış məntəqəsindən kənara aparıb. Qırıcı təyyarə Qorlovkanın şimal-qərbində düşüb. Hazırda xilasetmə-axtarış əməliyyatı həyata keçirilir”, deyə Seleznyov bildirib.
Onun sözlərinə görə, pilot katapult edib.