Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Separatçılar ölən sərnişinlərin kredit kartlarından istifadə edirlər
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti qeyd edir ki, “Boeing 777” təyyarəsinin düşdüyü əraziyə nəzarət edən separatçıların əksəriyyəti sərxoş vəziyyətdədir və onlar beynəlxalq mütəxəssislərə hadisə yerində araşdırma aparmağa mane olurlar.
Bundan başqa, operativ məlumata görə, terrorçular təyyarədə ölən sərnişinlərin kredit kartlarından istifadə edirlər və meyitlərin üzərindən şəxsi qiymətli əşyaları oğurlayırlar.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti mərkəzinin spikeri Andrey Lısenko ötən gün Kiyevdə keçirilən brifinqdə bildirib.
“Əksəriyyəti sərxoş vəziyyətdə olan separatçılar faciə baş verdiyi ərazidə beynəlxalq mütəxəssislərə araşdırma aparmağa imkan vermirlər. ATƏT nümayəndələri, onlara baxış keçirmək üçün müəyyən ərazidən kənara çıxdıqda, silahlılar havaya atəş açırlar”, - deyə Lısenko bildirib.
"Ukrayna" teqi üzrə xəbərlər
- Tramp Zelenskinin resurslarla bağlı sazişi imzalayacağına inanır
- Tramp Britaniya kralının Zelenski ilə görüşündən narazılığını bildirib
- Britaniyadan Ukraynaya kəşfiyyat dəstəyi: "Dörd göz" yaradılır
- Fransadan Ukraynaya 195 milyon avroluq yeni hərbi yardım
- Qərbin peyk məlumatları üzrə mütəxəssisləri Ukraynanı tərk ediblər