Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 17-də baş tutan növbədənkənar parlament seçkisində qalib gəldiklərini açıqlayıb.
Serbiya seçki komissiyasının məlumatına görə, seçki bülletenlərinin 97,22% -nin emalından sonra hakim Serbiya Proqressiv Partiyasının iştirak etdiyi siyasi blok 47,36%, müxalif “Serbiya zorakılığa qarşı” partiyası isə 23,5% səs toplayıb. Bu nəticələrdən sonra Serbiya prezidenti bazar günü axşam mətbuat konfransında qeyd edib ki, onun təmsil etdiyi siyasi qrup parlamentdə mütləq çoxluğa, ən azı 127 yerə sahib olacaq.
Xatırladaq ki, əvvəlki qanunverici orqanda Vuçiç və tərəfdarlarının 120 mandatı var idi.
Mənbə: rfi.fr
08:12
Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 17-də baş tutan növbədənkənar parlament seçkisində qalib gəldiklərini açıqlayıb.
Seçki bülletenlərinin təxminən 50%-nin emalından sonra hakim Serbiya Proqressiv Partiyasının 46,2, müxalif “Serbiya zorakılığa qarşı” partiyasının isə 23,2% səs topladığı açıqlanıb.
“Bu, qəti qələbədir və məni çox sevindirir”, - ilkin proqnozlardan sonra Aleksandar Vuçiç deyib.
Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin partiyası isə hələlik 6,7% səslə üçüncü yerdə qərarlaşıb.
Mənbə: Reuters