Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Serj Sarqsyanın diplomat kürəkəninin məhkəməsi başlayır
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni, bu ölkənin Vatikandakı sabiq səfiri Mikael Minasyan barəsində qiyabi məhkəmə prosesi keçiriləcək.
Oxu.Az xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun məlumatına görə, müvafiq vəsatət ötən gün məhkəməyə təmin edilib.
Prokurorun qərarı ilə 2023-cü ilin avqustunda M.Minasyana qarşı cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) ittihamı ilə cinayət işi başlanıb.
Xatırladaq ki, Minasyan 2008-2012-ci illərdə Prezident Administrasiyası rəhbərinin birinci müavini, 2013-2018-ci illərdə Ermənistanın Vatikandakı səfiri vəzifəsində çalışıb. Hazırda bir sıra digər ittihamlarla axtarışa verilib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək
- Ermənistanın çıxış yolu - Qərbi Azərbaycan reallığının etirafı
- ABŞ-nin müdafiə naziri ilə görüşün ortaya çıxardığı niyyət: Ermənistan müharibəyə sərmayə qoyur
- Abdullah Ağar: "Ermənistanın Qərbi Azərbaycan məsələsində manipulyasiya planları iflasa məhkumdur"
- Simonyan: "Azərbaycanla danışıqlar erməni tərəfinin xəbər sızdırması səbəbindən uğursuz olub"
Rəylər