Volqoqrad polisi kafedə barmen qızı zorlamağa cəhd edən şəxsi saxlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, istintaq zamanı məlum olub ki, saxlanılan şəxs Özbəkistandan Rusiyaya gələn 48 yaşlı şəxsdir.
Onun Rusiyada qeyri-leqal yaşadığı məlum olub. Hadisə Volqoqradın Radujnı qəsəbəsində yerləşən barda baş verib. Sərxoş özbəyin 19 yaşlı barmen qıza təcavüz etməsi barın mühafizə kameralarına düşüb. Təcavüzkar hadisə yerindən qaçsa da məhz kamera sayəsində yaxalanıb.
“Saxlanılan şəxs barda olan son ziyarətçilərin getməsini gözləyib. Sonra tək olan barmen qıza hücum edərək onu zorlamağa çalışıb. Qız onun əlindən qaçaraq ətrafdakıları köməyə çağırdıqda o pəncərədən atılaraq qaçıb”, - deyə polisin açıqlamasında bildirilir.
Hazırda hadisə ilə bağlı araşdırma gedir.