Komidə (Rusiya Federasiyası) iki kişi vəfat etmiş qızı zorladıqlarına görə həbs cəzasına məhkum olunublar.
Oxu.Az-ın məlumatına görə, bu barədə “FlashNord” regional prokurorluğun məlumatına istinadən xəbər verib.
“İstintaqın versiyasına əsasən, 2014-cü ildə aprelin 19-dan 20-nə keçən gecə 35 yaşlı Aleksey Kamaliyev və Roman Filippov spirtli içki qəbul ediblər. Onlardan biri dostuna qəbirstanlığa gedib və bu yaxınlarda dəfn edilmiş qıza baxmağı təklif edib. Onlar mərhumun qəbrini qazıb, onun paltarını cırıb və meyit üzərində bir sıra əxlaqsız hərəkətlərə yol veriblər”, - prokurorluğun məlumatında deyilir.
Məlumatda qeyd olunub ki, Kamaliyev 1 il 4 ay, Filippov isə 1 il 2 ay həbs cəzasına məhkum edilib.
www.oxu.az