Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Səsvermə sona çatdı: İlon Mask “Twitter” rəhbərliyindən gedəcəkmi? - FOTO/VİDEO
“Twitter” rəhbəri İlon Maskın vəzifəsində qalıb-qalmayacağına dair səsvermə başa çatıb.
Mask “Twitter” istifadəçilərindən bununla bağlı qərar vermələrini xahiş edib.
“Twitter” rəhbəri vəzifəsindən getməliyəmmi?” - deyə o, istifadəçilərə sual verib.
Dekabrın 19-na olan nəticələrə əsasən, ümumilikdə 17,5 milyon insan səs verib. Maskın sosial şəbəkəyə liderliyinin sona çatmasının lehinə istifadəçilərin 57,5%-i səs verib. 42,5% isə bunun əleyhinə çıxıb.
Mask istifadəçilərin seçdiyi qərarla razılaşacağına söz verib. Lakin hələlik iş adamı səsvermənin nəticələri ilə bağlı hər hansı açıqlama verməyib.
“Hakimiyyət istəyənlər buna ən az layiq olanlardır”, - deyə milyarder son olaraq öz hesabında paylaşım edib.
Mənbə: Gazeta.ru
Rəylər